AZ

Azərbaycan və İtaliya elektron ticarətdə gömrük təcrübəsi mübadiləsini müzakirə edib

BAKI, TurkicWorld

Yanvarın 14-də Dövlət Gömrük Komitəsində İtaliya Respublikasının Gömrük və İnhisarçılıq Agentliyinin Beynəlxalq Əlaqələr Ofisinin rəhbəri Andrea Mazzellanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan və İtaliya gömrük orqanları arasında mövcud əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, risklərin idarə olunması, gömrük hüquqpozmalarına qarşı mübarizə, süni intellektin tətbiqi ilə həyata keçirilən gömrük prosedurları, elektron ticarət sahəsində iki ölkənin gömrük orqanlarının qarşılıqlı təcrübə mübadiləsi imkanları müzakirə edilib.

Sonda İtaliya Respublikasının Gömrük və İnhisarçılıq Agentliyinin Beynəlxalq Əlaqələr Ofisi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Beynəlxalq Əməkdaşlıq İdarəsi arasında Niyyət Bəyanatı imzalanıb.

Seçilən
26
4
turkic.world

6Mənbələr