AZ

Azərbaycan və İtaliya gömrük orqanları arasında Niyyət Bəyanatı imzalanıb

İtaliyanın Gömrük və İnhisarçılıq Agentliyinin Beynəlxalq Əlaqələr Ofisi və Azərbaycan Dövlət Gömrük Komitəsinin Beynəlxalq Əməkdaşlıq İdarəsi arasında Niyyət Bəyanatı imzalanıb.

“İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu Niyyət Bəyanatına bu gün Komitədə İtaliyanın Gömrük və İnhisarçılıq Agentliyinin Beynəlxalq Əlaqələr Ofisinin rəhbəri Andrea Mazzellanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə imza atılıb.

Görüş zamanı Azərbaycan və İtaliya gömrük orqanları arasında mövcud əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda, risklərin idarə olunması, gömrük hüquqpozmalarına qarşı mübarizə, süni intellektin tətbiqi ilə həyata keçirilən gömrük prosedurları, elektron ticarət sahəsində iki ölkənin gömrük orqanlarının qarşılıqlı təcrübə mübadiləsi imkanları müzakirə edilib.

Seçilən
36
4
ikisahil.az

6Mənbələr