Bakı. Trend:
"Fənərbaxça"nın hücumçusu Yussef En-Nesiri karyerasını İngiltərəPremyer Liqasında davam etdirə bilər.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, "Everton" mərakeşli futbolçunutransfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumatyayıb.
Artıq klublar arasında rəsmi danışıqlar başlayıb. "Everton" 28yaşlı forvard üçün Türkiyə klubuna 20 milyon avroluq satınalmabəndi ilə icarəyə götürmək təklifi göndərib.
Qeyd edək ki, "Fənərbaxça" Yussef En-Nesirini 2024-cü ilinyayında "Sevilya"dan 19,5 milyon avroya transfer edib. Mərakeşmillisinin üzvü bu mövsüm İstanbul təmsilçisinin heyətində meydanaçıxdığı 25 rəsmi matçda 8 qol və 1 məhsuldar ötürmə ilə yaddaqalıb.