"Fənərbaxça"nın hücumçusu Yussef En-Nesiri karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Paralel.az xəbər verir ki , Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Belə ki, "Everton" mərakeşli futbolçunu transfer etmək istəyir.
Artıqq klublar arasında rəsmi danışıqlar başlayıb. "Everton" 28 yaşlı forvard üçün Türkiyə klubuna 20 milyon avroluq satınalma bəndi ilə icarəyə götürmək təklifi göndərib.
Qeyd edək ki, "Fənərbaxça" Yussef En-Nesirini 2024-cü ilin yayında "Sevilya"dan 19,5 milyon avroya transfer edib.
Mərakeş millisinin üzvü bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.