Danimarka Qrenlandiyaya hərbçilər göndərib.Metbuat.az xəbər verir ki, yerli media Danimarka ordusunun qabaqcıl bölməsinin artıq Qrenlandiyaya çatdığını yazıb. Danimarkanın adaya daha böyük qüvvə göndərməyi nəzərdən keçirdiyi bildirilib. Məlumata görə, adaya Danimarkanın NATO müttəfiqlərinin də dəstək göndərəcəyi irəli sürülür. Xəbərdə deyilir ki, Qrenlandiya və Danimarka adada hərbi təlimlərini davam etdirəcək. Qeyd edək ki, Danimarkanın xahişi ilə İsveç də Qrenlandiyaya hərbi personal göndərəcəyini bəyan edib. ABŞ Prezidenti Donald Tramp Vaşinqtonunun Qrenlandiyaya nəzarəti ələ keçirəcəyini bəyan etmişdi.