“Qrenlandiya NATO-nun bir hissəsidir və amerikalıların artıq orada bazası və razılaşmaları var. Elə bu əsasla da orada öz iştirakını daha da genişləndirə bilər. ABŞ-nin Qrenlandiyaya faktiki hərbi müdaxiləsindən narahat deyiləm, çünki belə bir müdaxilə üçün heç bir əsas görmürəm”,- Almaniyanın Müdafiə naziri bildirib.
![]() |
| Bolton:“Qrenlandiyanı almaq ideyasını Trampa Lauder aşılayıb” |
- Biz illərdir ki, Arktika və Şimal dənizində fəaliyyət göstəririk, Kanada, Norveç və Danimarka ilə təlimlərdə iştirak edirik. Qrenlandiyada olan 13 və ya 15 Bundesver əsgəri hərbi missiya yox, daha çox kəşfiyyat qrupudur”, - almaniyalı nazier vurğulayıb.
Bundan əvvəl Ağ Ev Avropa qoşunlarının Qrenlandiyaya yeridilməsinin prezident Trampın adaya nəzarət etmək planlarına təsir göstərməyəcəyini açıqlamışdı.
Xatırladaq ki, bu həftəbir neçə Avropa ölkəsi Qrenlandiyaya qoşun göndərdiklərini bildiriblər. Bu, ABŞ prezidentinin Danimarkanın Qrenlandiyanı müdafiə etməsi üçün “it qoşqulu iki xizəyi”ninolduğu barədə bəyanatları fonunda baş verib.
Bu arada Donalt Trampın ilk prezidentliyi dövründə onun Mill Təhlükəsilzlik üzrə müşaviri olmuş Con Bolton Qrenlandiyanın alınması ideyası Amerika liderinin beynində “Estee Lauder” kosmetika imperiyasının varisi, sahibkar Ronald Lauderin təklifindən sonra yarandığını iddia edib.
Sahil İsgəndərov
AzVision.az
