AZ

“Real” Arbeloanın rəhbərliyi altında ilk oyununda ikinci liqa klubuna məğlub olub - VİDEO

“Albasete” ilə “Real Madrid” arasında Kral Kubokunun 1/8 final mərhələsinin oyunu başa çatıb.

İdman.Biz bildirir ki, komandalar İspaniyanın Albasete şəhərindəki “Karlos Belmonte” stadionunda oynayıblar.
“Albasete” 3:2 hesablı qələbə qazanıb.

42-ci dəqiqədə yarımmüdafiəçi Xavi Villar “Albasete”ni irəli çıxarıb. 45-ci dəqiqədə argentinalı Franko Mastantuono hesabı bərabərləşdirib. 82-ci dəqiqədə hücumçu Hefte Betankor ev sahibi komandanı yenidən irəli çıxarıb. 90-cı dəqiqədə hücumçu Qonsalo Qarsiya “Real Madrid”in ikinci qolunu vurub. 90-cı dəqiqədə hücumçu Hefte Betankor “Albasete”yə qələbə qazandırıb.

Beləliklə, “Real Madrid” İspaniya Kubokunda mübarizəni dayandırıb.

İdman.Biz
Seçilən
44
1
idman.biz

2Mənbələr