AZ

“Real” Arbeloanın rəhbərliyi altında ilk oyununda ikinci liqa klubuna məğlub olub VİDEO

ain.az bildirir, Idman.biz portalına istinadən.

“Albasete” ilə “Real Madrid” arasında Kral Kubokunun 1/8 final mərhələsinin oyunu başa çatıb.

İdman.Biz bildirir ki, komandalar İspaniyanın Albasete şəhərindəki “Karlos Belmonte” stadionunda oynayıblar.

“Albasete” 3:2 hesablı qələbə qazanıb.

42-ci dəqiqədə yarımmüdafiəçi Xavi Villar “Albasete”ni irəli çıxarıb. 45-ci dəqiqədə argentinalı Franko Mastantuono hesabı bərabərləşdirib. 82-ci dəqiqədə hücumçu Hefte Betankor ev sahibi komandanı yenidən irəli çıxarıb. 90-cı dəqiqədə hücumçu Qonsalo Qarsiya “Real Madrid”in ikinci qolunu vurub. 90-cı dəqiqədə hücumçu Hefte Betankor “Albasete”yə qələbə qazandırıb.

Beləliklə, “Real Madrid” İspaniya Kubokunda mübarizəni dayandırıb.

Kral Kubokunun 1/8 final mərhələsinin digər oyununda “Betis” və “Elçe” qarşılaşıblar. Oyun “Betis”in qələbəsi ilə bitib.

Dugər matçda isə “Alaves” “Rayo Valyekano”dan üstün olub - 2:0.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
1
icma.az

2Mənbələr