ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Afrika Millətlər Kubokunda finalçılar müəyyənləşdi
Afrika Millətlər Kubokunda finalçılar müəyyənləşib.
QOL.az xəbər verir ki, ilk yarımfinalda Seneqal ilə Misir millisi üz-üzə gəlib.
Seneqal 1:0 hesabı ilə qələbə qazanaraq adını finala yazdırıb. Oyunda yeganə qolu 78-ci dəqiqədə Sadio Mane vurub.
Digər yarımfinal matçında isə Nigeriya - Mərakeş qarşılaşması keçirilib. Görüşdə qol olmayıb və oyun penaltilərə qədər uzanıb. Burada daha dəqiq olan Mərakeş millisi (4:2) finala yüksəlib.
Beləliklə, yanvarın 18-də keçiriləcək final oyununda Mərakeş və Seneqal yığmaları qarşılaşacaqlar.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.