AZ

Afrika Millətlər Kubokunda finalçılar bilindi

Afrika Millətlər Kubokunda finalçılar müəyyənləşib.

Msport.az xəbər verir ki, ilk yarımfinalda Seneqal ilə Misir millisi üz-üzə gəlib.

Seneqal 1:0 hesabı ilə qələbə qazanaraq adını finala yazdırıb. Oyunda yeganə qolu 78-ci dəqiqədə Sadio Mane vurub.

Digər yarımfinal matçında isə Nigeriya – Mərakeş qarşılaşması keçirilib. Görüşdə qol olmayıb və oyun penaltilərə qədər uzanıb. Burada daha dəqiq olan Mərakeş millisi (4:2) finala yüksəlib.

Beləliklə, yanvarın 18-də keçiriləcək final oyununda Mərakeş və Seneqal yığmaları qarşılaşacaqlar.

Seçilən
17
2
msport.az

3Mənbələr