Hindistan vətəndaşlarını İranı "bütün mümkün nəqliyyat vasitələri ilə" tərk etməyə çağırır.
Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, Tehrandakı Hindistan səfirliyi sosial mediada yazıb: "Hazırda İranda olan Hindistan vətəndaşlarına (tələbələr, zəvvarlar, iş adamları və turistlər) İranı bütün mümkün nəqliyyat vasitələri ilə tərk etmələri tövsiyə olunur".
Qeyd edək ki, İrandakı Hindistan vətəndaşlarının sayının 10 min nəfər olduğu təxmin edilir.
Aydın Baxış