
ABŞ-nin Azərbaycandakı səfirliyi İrandakı öz vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb.
Missiya.Az xəbər verir ki, diplomatik nümayəndəlik bu barədə “X” sosial media hesabında paylaşım edib.
Bildirilib ki, ABŞ vətəndaşları İranı quru yolu ilə Türkiyə və ya Ermənistana keçərək tərk edə bilərlər.
Qeyd olunub ki, 12 günlük müharibədən sonra İrandan Azərbaycana giriş ABŞ vətəndaşları üçün məhdudlaşdırılıb.
Səfirliyin paylaşımında vurğulanıb ki, ABŞ vətəndaşları alternativ marşrutları nəzərdən keçirməli və təcili tədbir görməlidirlər:
“İranı tərk etmək üçün quru yolu ilə Türkiyə və ya Ermənistana getməyi düşünün. ABŞ vətəndaşları İrandan çıxmaq üçün alternativ yolları nəzərdən keçirməlidirlər”, - deyə əlavə olunub.
Daşqın HəsənovMissiya.Az