AZ

“Ölkəsində necə qarşılanacağını bilmirəm” – ABŞ Prezidenti

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Rza Pəhləvinin İslam Respublikasında dəstək qazana biləcəyi barədə fərziyyə irəli sürmək hələ tezdir.

"Yeni Sabah" Reuters-ə istinadla xəbər verir ki, o, İran taxtına iddialı şəxs barədə deyib:

"O, çox xoş görünür, amma öz ölkəsində necə qarşılanacağını bilmirəm. Hələ o mərhələdə deyilik. Bir çox şeyi araşdırırıq. Amma bunu demək hələ tezdir. Onun ölkəsi ilə necə yola gedəcəyini bilmirəm.

Ölkəsinin onu liderlik rolunda qəbul edib-etməyəcəyini bilmirəm, amma qəbul etsəydilər, buna etiraz etməzdim.

İstənilən rejim çökə bilər. İslam Respublikası iflas edəcək-etməyəcək, maraqlı bir zaman olacaq".


Telegram kanalımız
Seçilən
37
2
yenisabah.az

3Mənbələr