AZ

“Ölkəsində necə qarşılanacağını bilmirəm” ABŞ Prezidenti

ain.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Rza Pəhləvinin İslam Respublikasında dəstək qazana biləcəyi barədə fərziyyə irəli sürmək hələ tezdir.

Turkustan.az Reuters-ə istinadla xəbər verir ki, o, İran taxtına iddialı şəxs barədə deyib:

"O, çox xoş görünür, amma öz ölkəsində necə qarşılanacağını bilmirəm. Hələ o mərhələdə deyilik. Bir çox şeyi araşdırırıq. Amma bunu demək hələ tezdir. Onun ölkəsi ilə necə yola gedəcəyini bilmirəm.

Ölkəsinin onu liderlik rolunda qəbul edib-etməyəcəyini bilmirəm, amma qəbul etsəydilər, buna etiraz etməzdim.

İstənilən rejim çökə bilər. İslam Respublikası iflas edəcək-etməyəcək, maraqlı bir zaman olacaq". /Yeni Sabah/

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
2
icma.az

3Mənbələr