Norveçli qrossmeyster Maqnus Karlsen 2025-ci ildə şahmatda mükafat pullarına görə ən çox qazanan şahmatçısı olub.
"Football-plus.az" xəbər verir ki, Karlsen il ərzində ümumilikdə 1,5 milyon ABŞ dolları (təxminən 2,5 milyon manat) qazanıb.
Onun ən böyük qazancı kibersport üzrə Dünya Kubokunda qələbəyə görə aldığı 250 min ABŞ dolları olub. Turnirin proqramına bu il şahmat da salınıb. Karlsen həmçinin dekabrda rapid və blits üzrə dünya çempionatlarının da qalibi olub.
Karlsen karyerası boyunca 12 milyon 232 min 249 dollar mükafat əldə edib. Bu göstəricidə 2-ci yerdə hindistanlı Vişvanatan Anand (9 milyon 551 min 844 dollar), 3-cü yerdə isə Harri Kasparov (8 milyon 45 min 979 dollar) qərarlaşıb.
Azərbaycanlı qrossmeysterlər arasında da milyonçular var. Şəhriyar Məmmədyarov 1 milyon 781 min 988 dollar (2025-ci ildə 38639), Teymur Rəcəbov isə 1 milyon 117 min 290 dollar (2025-ci ildə 6275) mükafat qazanıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta