BAKI, TurkicWorld, Nailə Babazadə
2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Türkmənistana xalça ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz azalaraq, 4 milyon 902 min 57 dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2025-cü ilin dekabr ayında Türkmənistana xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,4 dəfə artaraq, 422 min 44 dollara çatdırıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 2 milyard 838 milyon 524 min dollara bərabər olub.
“Keçən ilin dekabr ayında Türkiyə 285 milyon 110 min dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 15,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində ( dekabr 2024- dekabr 2025) Türkiyə 2 milyard 838 milyon 524 min dollar məbləğində xalça ixrac edib.