AZ

Keçən il Türkiyədən Çinə mebel ixracı 6 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Çinə mebel ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 54 faiz azalaraq, 6 milyon 7 min 39 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin dekabr ayında Çinə mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 44,8 faiz azalaraq, 749 min 77 dollara çatdırıb.

Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq, 7 milyard 987 milyon 82 min dollara bərabər olub.

“Keçən ilin dekabr ayında Türkiyə 737 milyon 174 min dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 4,1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində ( dekabr 2024- dekabr 2025) Türkiyə 7 milyard 987 milyon 82 min dollar məbləğində mebel ixrac edib.

Seçilən
3
26
turkic.world

10Mənbələr