AZ

Keçən il Türkiyədən Özbəkistana elektrik avadanlıqları ixracı 146 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Özbəkistana elektrik avadanlıqları ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz artaraq, 146 milyon 880 min 43 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin dekabr ayında Özbəkistana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 73,6 faiz artaraq, 14 milyon 781 min 12 dollara çatdırıb.

Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq, 17 milyard 731 milyon 750 min dollara bərabər olub.

“Keçən ilin dekabr ayında Türkiyə 1 milyard 730 milyon 868 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 17,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində ( dekabr 2024- dekabr 2025) Türkiyə 17 milyard 731 milyon 750 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Seçilən
22
26
turkic.world

10Mənbələr