AZ

Paşinyan: Azərbaycanla Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırıq

Ermənistan razılaşdırılmış çərçivədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

“Siyasi iradəmizi vurğulamaq və bir daha təsdiqləmək istəyirəm: razılaşdırılmış çərçivə daxilində biz hazırıq, istəkliyik və mütləq bu istiqamətdə, o cümlədən dəfələrlə danışdığımız prinsiplərə uyğun olaraq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin edilməsi istiqamətində irəliləyəcəyik. Əhval-ruhiyyəmiz belədir ki, burada da münaqişənin məntiqindən kənara çıxmalı və normal, dinc atmosferə və düşüncə tərzinə keçməliyik”, – Paşinyan qeyd edib.

(yeni sabah)

Seçilən
45
20
konkret.az

10Mənbələr