AZ

Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırıqPaşinyan:

Ermənistan razılaşdırılmış çərçivədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır.

Xezerxeber.az-ın “Armenpress”ə istinadən məlumatına görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

 “Siyasi iradəmizi vurğulamaq və bir daha təsdiqləmək istəyirəm: razılaşdırılmış çərçivə daxilində biz hazırıq, istəkliyik və mütləq bu istiqamətdə, o cümlədən dəfələrlə danışdığımız prinsiplərə uyğun olaraq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin edilməsi istiqamətində irəliləyəcəyik. Bizim əhval-ruhiyyəmiz belədir ki, burada da münaqişənin məntiqindən kənara çıxmalı və normal, dinc atmosferə və düşüncə tərzinə keçməliyik”, - Paşinyan qeyd edib

Seçilən
32
20
xezerxeber.az

10Mənbələr