AZ

Fərid Qayıbov Avropa Oyunlarına hazırlıqla bağlı iclasa qatılıb » AzadMedia.az

Fərid
Azərbaycan Respublikasının gənclər və idman naziri, Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov 2027-ci ildə İstanbul şəhərində keçiriləcək IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının iclasında iştirak edib.
İclasda Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak, Avropa Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos, Türkiyə Milli Olimpiya Komitəsinin prezidenti Ahmet Gülüm, həmçinin Avropa Olimpiya Komitəsinin rəsmiləri, milli və Avropa idman federasiyalarının nümayəndələri yer alıblar.
Görüş zamanı müxtəlif ölkələrin milli olimpiya komitələrinin rəhbərləri və digər aidiyyəti tərəflərin iştirakı ilə IV Avropa Oyunlarına hazırlıq prosesi və təşkilati məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
88
11
azadmedia.az

10Mənbələr