AZ

IV Avropa Oyunlarına hazırlıq

ain.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Azərbaycan Respublikasının gənclər və idman naziri, Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov 2027-ci ildə İstanbulda keçiriləcək IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının iclasında iştirak edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mərasimdə, həmçinin Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak, Avropa Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos, Türkiyə Milli Olimpiya Komitəsinin rəhbəri Ahmet Gülüm, eləcə də Avropa Olimpiya Komitəsinin rəsmiləri, milli və Avropa idman federasiyalarının nümayəndələri iştirak ediblər.

İclasda müxtəlif ölkələrin milli olimpiya komitələrinin rəhbərləri və digər maraqlı tərəflərlə birgə Avropa Oyunlarına hazırlıq məsələləri müzakirə olunub.

Qabil YUSİFOĞLUXQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
83
11
xalqqazeti.az

10Mənbələr