Bakı.Trend:
Yerli mediada ABŞ-nin 75 ölkənin, o cümlədən Azərbaycanınvətəndaşları üçün bütün viza növlərini dayandırdığı iddiası iləbağlı məqalələrin yayımlandığını müşahidə etmişik.
Trend xəbərverir ki, bu barədə Amerikanın Azərbaycandakı səfirliyi məlumatyayıb.
“Bildiririk ki, bu məlumat həqiqəti əks etdirmir: sözügedənfasilə yalnız immiqrant (daimi yaşayış) vizalarına aiddir vəturist, işgüzar səfər, tələbə və mübadilə proqramları üzrəqeyri-immiqrant viza müraciətlərinə şamil edilmir. ABŞ-nin Bakıdakısəfirliyində qeyri-immiqrant viza müraciətlərinin qəbulu davamedir”,- məlumatda qeyd olunub.
Qeyd edək ki, yanvarın 14-də ABŞ Dövlət Departamenti 75 ölkəninvətəndaşları üçün immiqrant vizalarının verilməsini dayandırmaqqərarı verib.
Qeyd olunur ki, sözügedən siyahıya Cənubi Qafqazın bütünrespublikaları – Azərbaycan, Ermənistan və Gürcüstan da daxiledilib. İmmiqrant vizalarının verilməsinin dayandırılması 21yanvardan etibarən qüvvəyə minəcək və Dövlət Departamenti immiqrantviza prosesinə yenidən baxana qədər qeyri-müəyyən müddətə davamedəcək. Dövlət Departamentinin memorandumunda konsulluqəməkdaşlarına mövcud qanunvericiliyə uyğun olaraq vizaverilməsindən imtina etmələri tapşırılır. Eyni zamanda, nazirliyinöz seçim və qiymətləndirmə prosedurlarını yenidən nəzərdənkeçirdiyi vurğulanır.
Bundan əlavə, təlimata əsasən konsulluq əməkdaşları sağlamlıqvəziyyəti, yaş, ingilis dili biliyi, maliyyə imkanları, eləcə dəuzunmüddətli tibbi yardıma potensial ehtiyac kimi geniş amillərinəzərə alaraq dövlət müavinətlərindən asılı hesab edilən müraciətedənlərə viza verməkdən imtina etməlidirlər.
Dayandırılmanın şamil edildiyi ölkələrin siyahısına Əfqanıstan,Albaniya, Əlcəzair, Antiqua və Barbuda, Ermənistan, Azərbaycan,Baham adaları, Banqladeş, Barbados, Belarus, Beliz, Butan, Bosniya,Braziliya, Myanma, Kamboca, Kamerun, Kabo-Verde, Kolumbiya,Kot-d’İvuar, Kuba, Konqo Demokratik Respublikası, Dominika, Misir,Eritreya, Efiopiya, Fici, Qambiya, Gürcüstan, Qana, Qrenada,Qvatemala, Qvineya, Haiti, İran, İraq, Yamayka, İordaniya,Qazaxıstan, Kosovo, Küveyt, Qırğızıstan, Laos, Livan, Liberiya,Liviya, Makedoniya, Moldova, Monqolustan, Monteneqro, Mərakeş,Nepal, Nikaraqua, Nigeriya, Pakistan, Konqo Respublikası, Rusiya,Ruanda, Sent-Kits və Nevis, Sent-Lüsiya, Sent-Vinsent vəQrenadinlər, Seneqal, Syerra-Leone, Somali, Cənubi Sudan, Sudan,Suriya, Tanzaniya, Tayland, Toqo, Tunis, Uqanda, Uruqvay,Özbəkistan və Yəmən daxildir.