AZ

BSU yataqxanasındakı yanğın nəticəsində 13 məcburi köçkün ailəsinə ZİYAN DƏYİB

Yanvarın 15-də paytaxtın Binəqədi rayonunda Ağasadıq Gəraybəyli küçəsində yerləşən Bakı Slavyan Universitetinin məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları 1 №-li yataqxanasının binasında yanğınla bağlı ilkin araşdırma nəticəsində 13 məcburi köçkün ailəsinə ziyan dəydiyi müəyyənləşdirilib.

Bu barədə Paralel.az -ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirililib.
 

Məlumata görə, yanğın barədə məlumat daxil olduqdan sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aidiyyəti struktur bölmələrinin nümayəndələri hadisə yerinə yollanıblar:


“İlkin araşdırma nəticəsində 13 məcburi köçkün ailəsinə ziyan dəydiyi müəyyənləşdirilib. Yanğın nəticəsində xəsarət alan olmayıb. Yaşayış sahələri tamamilə yararsız hala düşmüş ailələrin müvəqqəti yeləşdirilməsi və onlara dəyən maddi ziyanın müəyyənləşdirilməsi üçün tədbirlər görülür. Yararsız vəziyyətdəki yaşayış sahələrinin qısa zamanda təmir edilməsi nəzərdə tutulur”.

Seçilən
69
16
paralel.az

10Mənbələr