AZ

Binəqədidəki yanğında 13 məcburi köçkün ailəsinə ziyan dəydi

Yanvarın 15-də paytaxtın Binəqədi rayonunda Ağasadıq Gəraybəyli küçəsində yerləşən Bakı Slavyan Universitetinin məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları 1 №-li yataqxanasının binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən cavab olaraq bildirilib ki, yanğın barədə məlumat daxil olduqdan sonra aidiyyəti struktur bölmələrin nümayəndələri hadisə yerinə yollanıblar.

Komitədən bildirilib ki, ilkin araşdırma nəticəsində 13 məcburi köçkün ailəsinə ziyan dəydiyi müəyyənləşdirilib.

"Yanğın nəticəsində xəsarət alan olmayıb. Yaşayış sahələri tamamilə yararsız hala düşmüş ailələrin müvəqqəti yerləşdirilməsi və onlara dəyən maddi ziyanın müəyyənləşdirilməsi üçün tədbirlər görülür. Yararsız vəziyyətdəki yaşayış sahələrinin qısa zamanda təmir edilməsi nəzərdə tutulur", - deyə məlumatda vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
65
16
olaylar.az

10Mənbələr