AZ

Rusiyanı təmsil edən azərbaycanlı finalda UDUZDU

Rusiyanı təmsil edən azərbaycanlı tennisçi Anastasiya Həsənova 2026-cı il Avstraliya Açıq Çempionatının (Australian Open) əsas mərhələsinə vəsiqə qazana bilməyib.

Aut.az xəbər verir ki, fərdi iştirakçıların təsnifat finalında Həsənova Türkiyəni təmsil edən Zeynep Sönməzə (112-ci yer) məğlub olub. Oyun təxminən bir buçuk saat davam edib və 2:6, 3:6 hesabı ilə yekunlaşıb.

Dünya reytinqində 212-ci olan Anastasiya Avstraliya Açıq Çempionatının təsnifat finalına yüksələn yeganə Rusiya təmsilçisi olub.

Seçilən
112
2
publika.az

3Mənbələr