AZ

Rusiyanı təmsil edən azərbaycanlı finalda uduzdu

Rusiyanı təmsil edən azərbaycanlı tennisçi Anastasiya Həsənova 2026-cı il Avstraliya Açıq Çempionatının (Australian Open) əsas mərhələsinə vəsiqə qazana bilməyib.

Bakıvaxtı.az Aut.az-a istinadən xəbər verir ki, fərdi iştirakçıların təsnifat finalında Həsənova Türkiyəni təmsil edən Zeynep Sönməzə (112-ci yer) məğlub olub. Oyun təxminən bir saat davam edib və 2:6, 3:6 hesabı ilə yekunlaşıb.

Dünya reytinqində 212-ci olan Anastasiya Avstraliya Açıq Çempionatının təsnifat finalına yüksələn yeganə Rusiya təmsilçisi olub.

Qeyd edək ki, Anastasiya Həsənovanın atası və babası azərbaycanlıdır. O, hazırda Ukrayna-Rusiya müharibəsi ilə əlaqədar neytral statusda çıxış edir.

Seçilən
98
2
bakivaxti.az

3Mənbələr