AZ

Aydın Rəşid vəfat etdi – FOTO

Tanınmış şair, yazıçı Aydın Rəşid vəfat edib.

Busaat.az “Yeni Sabah” -a istinadla xəbər verir ki, o, 64 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Aydın Ağasaleh oğlu Rəşidov 1962-ci il iyunun 1-də Bakıda anadan olub. Bədii yaradıcılığa ötən əsrin 80-ci illərində başlayıb. Mətbuatda şeirləri dərc olunub. 2002-ci ildə “Nə gözəldi bu dünya” adlı kitabı nəşr edilib.

Qeyd edək ki, A.Rəşid “Almaz” jurnalının baş redaktoru idi.

Bakupost.az

Seçilən
46
15
busaat.az

10Mənbələr