AZ

Tanınmış şair və yazıçı Aydın Rəşid vəfat edib – FOTO

Tanınmış şair və yazıçı Aydın Rəşid dünyasını dəyişib.

Doğru.az xəbər verir ki, 64 yaşlı ədibin vəfatı ilə bağlı məlumat Ajans.az tərəfindən yayılıb.

Qeyd edək ki, Aydın Ağasaleh oğlu Rəşidov 1962-ci il iyunun 1-də Bakıda anadan olub. O, bədii yaradıcılığa ötən əsrin 80-ci illərində başlayıb, şeirləri müxtəlif mətbu orqanlarda dərc olunub. 2002-ci ildə “Nə gözəldi bu dünya” adlı kitabı nəşr edilib.

Aydın Rəşid eyni zamanda “Almaz” jurnalının baş redaktoru olub.

Allah rəhmət eləsin.
(Mənbə: Yeni Sabah)

image-2026-01-16-09-51-58zv8yfpdzel3jbtathoxo_file

Seçilən
51
15
dogru.az

10Mənbələr