AZ

“Araz-Naxçıvan” I Liqa klubu ilə görüşəcək

“Araz-Naxçıvan” daha bir yoxlama oyunu keçirəcək.

Msport.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisi məlumat yayıb.

Andrey Demçenkonun baş məşqçisi olduğu kollektiv yanvarın 18-də I Liqada iştirak edən “Zaqatala” ilə qarşılaşacaq. Oyun saat 13:00-da Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutacaq.

Qeyd edək ki, daha əvvəl “Qəbələ”yə minimal hesabla uduzan “Araz-Naxçıvan” klubun əvəzedici komandasını 7 cavabsız qolla üstələyib.

Seçilən
57
4
msport.az

10Mənbələr