AZ

5 qol vuruldu, Zirə” uduzdu

Antalya toplanışı çərçivəsində “Zirə” növbəti matçına çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, Rəşad Sadıqovun yetirmələri Ukraynanın “Oleksandriya” klubu ilə üz-üzə gəlib.

Oyun “Zirə”nin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.  “Zirə”nin qollarını Yeqor Boqomolski (29) və Ceyhun Nuriyev (54) vurub.

“Zirə” günün 2-ci və Antalya toplanışı çərçivəsində sonuncu matçında isə Çexiyanın “Bohemians 1905” klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.  

Qeyd edək ki, “Zirə” ilk sınaq matçında Rumıniyanın “Çiksereda” klubu ilə 3:3 hesablı heç-heçə edib.

Seçilən
30
2
idmanxeber.az

9Mənbələr