"Zirə" Antalya toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirib.
"Football-plus.az" xəbər verir ki, Rəşad Sadıqovun kollektivi Ukraynanın "Oleksandriya" komandası ilə üz-üzə gəlib.
Oyun "qartallar"ın 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb."Zirə"nin qollarını Yeqor Boqomolski (29) və Ceyhun Nuriyev (54) vurub.
"Zirə" günün ikinci, Antalya toplanışı çərçivəsində sonuncu matçında isə Çexiyanın "Bohemians 1905" komandası ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 18.00-da start götürəcək.
Xatırladaq ki, qəsəbə təmsilçisi ilk sınaq matçında Rumıniyanın “Çiksereda” komandası ilə heç-heçə edib - 3:3.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta