Yevlax Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Qoca Səmədovun oğlu Zaur Səmədovun güllələdiyi şəxsin vəziyyəti açıqlanıb.
Sağ budun aşağı üçdə birinin odlu silahla yaralanması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
Qeyd edək ki, Yevlaxda 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində tanışı 46 yaşlı şəxsin ayaq nahiyyəsinə xəsarət yetirib. Polis onu saxlayıb.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.