AZ

Tramp İrana təşəkkür etdi

ABŞ Prezidenti Donald Tramp İranın 800 etirazçının planlaşdırılan edamını ləğv etdiyini açıqlayıb.

Oxu.Az xəbər verir ki, dövlət başçısı bu barədə “TruthSocial” platformasında yazıb.

“Dünən üçün planlaşdırılan bütün edamların (800-dən çox) İran rəhbərliyi tərəfindən ləğv edilməsinə dərin hörmətlə yanaşıram. Təşəkkür edirəm”, – Tramp bildirib.

Qeyd edək ki, ötən gün keçirilən müntəzəm mətbuat brifinqində Ağ Evin mətbuat katibi Kerolin Livitt də bu məlumatı təsdiq edib.

Tramp

Seçilən
28
50
editor.az

10Mənbələr