ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyinin yanvarın 15-də həyata keçirilməsi planlaşdırılan edamların (sayı 800-dən çox – Qeyd) ləğv etməsinə münasibət bildirib.
Bu barədə Ağ Ev rəhbəri "Truth Social" hesabında yazıb.
"Dünən üçün planlaşdırılan bütün edamların (800-dən çox) İran rəhbərliyi tərəfindən ləğv edilməsini yüksək qiymətləndirirəm. Təşəkkür edirəm", - deyə D.Tramp əlavə edib.
