525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Qarabağ” dünən Türkiyədə təşkil olunan təlim-məşq toplanışı çərçivəsində iki yoxlama oyunu keçirib.
525.az xəbər verir ki, Ağdam təmsilçisi Xorvatiyanın “Osiyek” və Polşanın “Zaqlebye” klublarını 3:1 hesabı ilə məğlub edib.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov görüşlərlə bağlı fikirlərini klubun saytı ilə bölüşüb.
Təcrübəli mütəxəssis hər ikik görüşün yüksək səviyyədə alındığını bildirib:
“Toplanışın son günü idi. Hazırlıq dönəmində bütün futbolçularımızın oyunlarda 90 dəqiqə iştirak etməsini istədik. Müəyyən səbəblərdən bəziləri bir qədər az oynadılar. Ümumilikdə bu gün keçirdiyimiz hər iki görüş yüksək səviyyədə alındı. Ən əsası, intizamlı çıxış etməyə çalışdıq. Futbolçular yorğun olsalar da, bunu bacardılar. İstirahətdən sonra birdən-birə 90 dəqiqə oynamaq heç də asan deyildi. Ümumi hazırlığımızdan və futbolçularımızın işə yanaşmasından razı qaldım”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.