AZ

Qurban Qurbanov: “Bütün futbolçularımızın oyunlarda 90 dəqiqə iştirak etməsini istədik”

“Qarabağ” Türkiyədə təşkil olunan təlim-məşq toplanışı çərçivəsində dünən  iki yoxlama oyunu keçirib.

İdmanxeber.az xəbər verir ki, “Qarabağ” Xorvatiyanın “Osiyek” və Polşanın “Zaqlebye” kollektivini 3:1 hesabı ilə məğlub edib.

Baş məşqçi Qurban Qurbanov görüşlər barədə fikirlərini bildirib:

“Toplanışın son günü idi. Hazırlıq dönəmində bütün futbolçularımızın oyunlarda 90 dəqiqə iştirak etməsini istədik. Müəyyən səbəblərdən bəziləri bir qədər az oynadılar. Ümumilikdə dünən  keçirdiyimiz hər iki görüş yüksək səviyyədə alındı. Ən əsası, intizamlı çıxış etməyə çalışdıq. Futbolçular yorğun olsalar da, bunu bacardılar. İstirahətdən sonra birdən-birə 90 dəqiqə oynamaq heç də asan deyildi. Ümumi hazırlığımızdan və futbolçularımızın işə yanaşmasından razı qaldım”.

Seçilən
13
13
idmanxeber.az

10Mənbələr