Bakı. Trend:
Fiziki şəxs olan işəgötürənlərin yaratdıqları, işçilərin sayı50 nəfərdən çox olan iş yerlərində əməyinmühafizəsi üzrə mühəndis vəzifəsi təsis ediləcək.
Trend-inməlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi ƏməkMəcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksinitapıb.
Qanuna əsasən, müəssisələrdə və fiziki şəxs olan işəgötürənlərinyaratdıqları iş yerlərində işçilərin sayı 50 nəfərdənaz olduqda əməyin mühafizəsi işinin təşkili işçininrazılığı ilə və əmək müqaviləsinə müvafiq dəyişiklik edilməkləəməyin mühafizəsi üzrə biliyi olan işçilərdən birinin əməkfunksiyasına daxil ediləcək.
Bu mümkün olmadıqda isə işəgötürən tərəfindən əməyin mühafizəsiüzrə mütəxəssis vəzifəsi təsis ediləcək.