AZ

İş yerlərində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi təsis ediləcək

Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Fiziki şəxs olan işəgötürənlərin yaratdıqları, işçilərin sayı 50 nəfərdən çox olan iş yerlərində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi təsis ediləcək.

Milli.Az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Qanuna əsasən, müəssisələrdə və fiziki şəxs olan işəgötürənlərin yaratdıqları iş yerlərində işçilərin sayı 50 nəfərdən az olduqda əməyin mühafizəsi işinin təşkili işçinin razılığı ilə və əmək müqaviləsinə müvafiq dəyişiklik edilməklə əməyin mühafizəsi üzrə biliyi olan işçilərdən birinin əmək funksiyasına daxil ediləcək.

Bu mümkün olmadıqda isə işəgötürən tərəfindən əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi təsis ediləcək.

Mill.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
11
news.milli.az

10Mənbələr