AZ

Millimizin futbolçusu Cənubi Koreyada kapitan seçildi

ain.az, Oxu.az saytına istinadən bildirir.

Cənubi Koreyanın "Daejeon" klubunda çıxış edən millimizin müdafiəçisi Anton Krivotsyuk kapitan seçilib.

Oxu.Az xəbər verir ki, klub milli futbolçumuzu komandanın vitse-kapitanı təyin edib.

Komandanın əsas kapitanı isə Ju Min Kyu təyin edilib.

Qeyd edək ki, 2023-cü ildən "Daejeon"un heyətində çıxış edən Anton Krivotsyuk 92 oyunda meydana çıxıb, beş qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
141
2
oxu.az

3Mənbələr