AZ

Millimizin futbolçusu Cənubi Koreyada kapitan seçildi

Cənubi Koreyanın “Daejeon” klubunda çıxış edən millimizin müdafiəçisi Anton Krivotsyuk kapitan seçilib.

KONKRET.az xəbər verir ki, klub milli futbolçumuzu komandanın vitse-kapitanı təyin edib.

Komandanın əsas kapitanı isə Ju Min Kyu təyin edilib.

Qeyd edək ki, 2023-cü ildən “Daejeon”un heyətində çıxış edən Anton Krivotsyuk 92 oyunda meydana çıxıb, beş qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
138
2
konkret.az

3Mənbələr