Qol.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Turan Tovuz”un ilk sınağı uğursuz oldu
Türkiyənin Antalya bölgəsində hazırlığı davam etdirən "Turan Tovuz" bu gün ilk yoxlama oyununa çıxıb.
QOL.az xəbər verir ki, Kurban Berdıyevin komandası Polşanın yüksək liqa təmsilçisi "Poqon"la qarşılaşıb.
Matç rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Təmsilçimizin qollarını 26-cı dəqiqədə Ayxan Hüseynov və 34-cü dəqiqədə İbrahima Vadji vurublar.
Qeyd edək ki, “Poqon” hazırda Polşa çempionatında 18 komanda arasında 10-cu yeri tutur.
Xatırladaq ki, “Turan Tovuz” ilk oyunu yanvarın 10-da Rumıniya təmsilçisi “Hermanştadt” qarşı keçirməli idi. Lakin tərəflərin qarşılıqlı razılığına əsasən yoxlama oyunu ləğv olunub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.