Türkiyənin Antalya bölgəsində hazırlığı davam etdirən "Turan Tovuz" bu gün ilk yoxlama oyununa çıxıb.
"Football-plus.az" xəbər verir ki, Kurban Berdıyevin komandası Polşanın yüksək liqa təmsilçisi "Poqon"la qarşılaşıb. Matç rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb. "Bozqurd" qollarını 26-cı dəqiqədə Ayxan Hüseynov və 34-cü dəqiqədə İbrahima Vadji vurub.
Xatırladaq ki, “Turan Tovuz” ilk oyunu yanvarın 10-da Rumıniya təmsilçisi “Hermanştadt” qarşı keçirməli idi. Lakin tərəflərin qarşılıqlı razılığına əsasən yoxlama oyunu ləğv olunub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta