AZ

Portuqaliyada prezident seçkisi keçiriləcək

Bakı. Trend:

Yanvarın 18-də Portuqaliyada prezident seçkisi keçiriləcək.

Trend xəbər verirki, ən yüksək dövlət vəzifəsi uğrunda rekord sayda namizəd – 11nəfər (10 kişi və 1 qadın) mübarizə aparır.

Seçki məntəqələri yerli vaxtla səhər saat 8:00-da (Bakı vaxtıilə 12:00) açılacaq və axşam saat 19:00-a (Bakı vaxtı ilə 22:00)qədər fəaliyyət göstərəcək.

İlkin nəticələrin həmin gecə açıqlanması gözlənilir.

Ölkə qanunvericiliyinə görə, prezident ümumi, birbaşa və gizlisəsvermə yolu ilə beşillik müddətə seçilir. Əgər heç bir namizədsəslərin 50%-dən çoxunu toplaya bilməsə, fevralın 8-də təkrar seçkikeçiriləcək.

Seçilən
76
1
az.trend.az

2Mənbələr