AZ

Portuqaliyada prezident seçkisi keçiriləcək

BAKI, TurkicWorld

Yanvarın 18-də Portuqaliyada prezident seçkisi keçiriləcək.

TurkicWorld xəbər verir ki, ən yüksək dövlət vəzifəsi uğrunda rekord sayda namizəd – 11 nəfər (10 kişi və 1 qadın) mübarizə aparır.

Seçki məntəqələri yerli vaxtla səhər saat 8:00-da (Bakı vaxtı ilə 12:00) açılacaq və axşam saat 19:00-a (Bakı vaxtı ilə 22:00) qədər fəaliyyət göstərəcək.

İlkin nəticələrin həmin gecə açıqlanması gözlənilir.

Ölkə qanunvericiliyinə görə, prezident ümumi, birbaşa və gizli səsvermə yolu ilə beşillik müddətə seçilir. Əgər heç bir namizəd səslərin 50%-dən çoxunu toplaya bilməsə, fevralın 8-də təkrar seçki keçiriləcək.

Seçilən
11
1
turkic.world

2Mənbələr