ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Astroloqların və xarakter analizlərinin fikrincə, bəzi tarixlərdə doğulan insanlar sadiqlikləri ilə seçilirlər.
Milli.Az xəbər verir ki, onlar həm sevgi münasibətlərində, həm də dostluqda etibarlı, sözünün üstündə duran və uzunmüddətli bağlara üstünlük verən şəxslər kimi tanınırlar.
Mütəxəssislərin qənaətinə görə, xüsusilə ayın 2-si, 6-sı, 14-ü və 20-si tarixlərində doğulan insanlar emosional bağlılığa böyük önəm verirlər. Bu tarixlərdə dünyaya gələnlər yaxın çevrələrinə qarşı sədaqətli olur, çətin anlarda dostlarını və sevdiklərini yarı yolda qoymurlar.
Eyni zamanda Buğa, Xərçəng və Oğlaq bürclərinə aid şəxslərin də sadiqlik xüsusiyyətləri ilə seçildiyi bildirilir. Onlar münasibətlərdə etibar və sabitliyi əsas şərt hesab edir, illərlə davam edən dostluq və sevgi bağları qurmağa meyilli olurlar.
Qeyd edək ki, astrologiya elmi əsaslara söykənməsə də, bu cür xarakter analizləri sosial şəbəkələrdə hər zaman maraqla qarşılanır və geniş müzakirələrə səbəb olur.
Musa
Milli.Az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.