Astroloqların və xarakter analizlərinin fikrincə, bəzi tarixlərdə doğulan insanlar sadiqlikləri ilə seçilirlər.
Onlar həm sevgi münasibətlərində, həm də dostluqda etibarlı, sözünün üstündə duran və uzunmüddətli bağlara üstünlük verən şəxslər kimi tanınırlar.
Mütəxəssislərin qənaətinə görə, xüsusilə ayın 2-si, 6-sı, 14-ü və 20-si tarixlərində doğulan insanlar emosional bağlılığa böyük önəm verirlər. Bu tarixlərdə dünyaya gələnlər yaxın çevrələrinə qarşı sədaqətli olur, çətin anlarda dostlarını və sevdiklərini yarı yolda qoymurlar.
Eyni zamanda, Buğa, Xərçəng və Oğlaq bürclərinə aid şəxslərin də sadiqlik xüsusiyyətləri ilə seçildiyi bildirilir. Onlar münasibətlərdə etibar və sabitliyi əsas şərt hesab edir, illərlə davam edən dostluq və sevgi bağları qurmağa meyilli olurlar./Milli.Az
"Cebheinfo.az"