AZ

Orban Trampın Qəzza ilə bağlı təklifini qəbul etdi

Macarıstanın Baş naziri Viktor Orban ABŞ Prezidenti Donald Trampın Qəzza zolağının idarə olunması məsələləri ilə məşğul olacaq Sülh Şurasının tərkibinə daxil olmaq təklifini qəbul edib.

Trend xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.

O qeyd edib ki, Macarıstan hökuməti Trampın təklifini özü üçün böyük şərəf hesab edir və Trampın təklifi qəbul olunacaq.

Siyartonun sözlərinə görə, Orban bu barədə ABŞ administrasiyasına məlumat verməyi ona tapşırıb.

AzPost.az

Seçilən
54
19
azpost.info

10Mənbələr