AZ

Tramp daha bir ölkəyə dəvət göndərdi: "Sülh Şurası"na qoşulun

ABŞ prezidenti Donald Tramp Macarıstanı Qəzzada atəşkəs prosesinin ikinci mərhələsinin vacib bir hissəsi olaraq yaradılan "Sülh Şurası"na qoşulmağa dəvət edib.

Publika.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban məlumat yayıb.

O, sosial media hesabında Trampdan aldığı dəvət məktubunu paylaşıb. Orban dəvəti qəbul etdiyini və bunu şərəf hesab etdiyini bildirib.

Diplomatik mənbələrdən alınan məlumata görə, yeni struktur "Sülh Şurası", "Sülh Şurasının İcra Şurası" və "Qəzza İcra Şurası" adlanan üç əsas orqandan ibarətdir.

Seçilən
68
36
publika.az

10Mənbələr