GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Türkiyə Suriyada əldə edilən atəşkəs və tam inteqrasiya sazişini müsbət qiymətləndirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Suriyada əldə edilən atəşkəslə bağlı bəyanatında deyilir.
XİN bununla bağlı yaydığı bəyanatda qeyd olunub ki, sözügedən razılaşma Suriyanın ərazi bütövlüyü və milli birliyi əsasında ölkədə sabitliyin təmin olunmasına yönəlmiş səyləri daha da sürətləndirə bilər.
Bəyanatda vurğulanıb ki, Suriyanın gələcəyi terrorizm və parçalanma deyil, birlik, həmrəylik və inteqrasiya üzərində qurulmalıdır. Nazirlik Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın yanvarın 18-də elan etdiyi atəşkəs və tam inteqrasiya sazişinin ölkədə təhlükəsizlik və sabitliyin bərqərar olunmasına effektiv töhfə verəcəyinə ümid etdiyini bildirib.
Türkiyə XİN həmçinin qeyd edib ki, bu razılaşma təkcə Suriya xalqının deyil, eyni zamanda region ölkələrinin, xüsusilə də Suriyanın qonşularının təhlükəsizliyi və sülhü baxımından mühüm əhəmiyyət daşıyır. Bəyanatda xatırladılıb ki, 8 dekabr 2024-cü ildən etibarən Suriyada başlanan yeni mərhələ ölkənin firavan gələcəyi üçün mühüm fürsətlər yaradır və hazırda bu proses həlledici mərhələdədir.
Nazirlik Suriyadakı bütün tərəfləri mövcud reallıqları nəzərə almağa çağıraraq, ölkənin gələcəyinin yalnız birlik və inteqrasiya yolu ilə təmin oluna biləcəyini vurğulayıb. Bildirilib ki, Türkiyə xalqın iradəsinə əsaslanan inklüziv və birləşdirici yanaşma ilə fəaliyyət göstərən Suriya hökumətinin terrorizmə qarşı mübarizə və yenidənqurma səylərini bundan sonra da dəstəkləməyə davam edəcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.